Ana Sayfa > Karusel / Region > Aleksey Navalnı Moskvaya qayıdan kimi saxlanılıb
Aleksey Navalnı Moskvaya qayıdan kimi saxlanılıb17-01-2021, 22:50. Yazar: Admin |
Rusiyalı müxalifət lideri Aleksey Navalnı müalicə olunduğu Almaniyadan Rusiyaya qayıdıb. Qarabaginfo.az APA-ya xəbər verir ki, Navalnının olduğu təyyarə “Şeremetyevo” hava limanında yerə enib. Hava limanında A.Navalnı Rusiyanın Federal Penitensiar Xidmətinin Moskvadakı əməliyyat şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun 29 dekabr 2020-ci il tarixdən axtarışda olduğu bildirilir. Qeyd olunur ki, Navalnıya qarşı məhkəmə tərəfindən əlavə həbs qətimkan tədbiri seçilə bilər. Məhkəmənin qərarı çıxana qədər isə o, həbsdə olacaq.
Geri dön |