Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda son sutkada 845 nəfər COVID-19-dan sağalıb, 322 nəfər yoluxub, 11 nəfər vəfat edib

Azərbaycanda son sutkada 845 nəfər COVID-19-dan sağalıb, 322 nəfər yoluxub, 11 nəfər vəfat edib


17-01-2021, 16:49. Yazar: Admin

Azərbaycanda son sutkada 845 nəfər COVID-19-dan sağalıb, 322 nəfər yoluxub, 11 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 322 yeni yoluxma faktı qeydə alınıb, 845 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 227273 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 215263 nəfər müalicə olunaraq sağalıb, 3009 nəfər vəfat edib, aktiv xəstə sayı 8996 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 776, ötən müddət ərzində isə ümumilikdə 2 318 193 test aparılıb.


Geri dön