Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Ana Sayfa > Karusel / Dünya > İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir

İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir


26-02-2026, 16:18. Yazar: Admin

İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir

İsrail və Hindistan arasında əməkdaşlıqla bağlı 16 sənəd imzalanıb.

Qarabaginfo.az-ın “The Times of Israel”ə istinadən verdiyi xəbərə görə, sənədləri İsrailin xarici işlər naziri Gideon Saar və onun hindistanlı həmkarı Subrahmanyam Cayşankar imzalayıb.

Anlaşma Memorandumları kənd təsərrüfatı, texnologiya və digər sahələrdə əməkdaşlığı əhatə edir. Eyni zamanda, İsraillə Hindistan arasında müdafiə sənayesində birgə istehsalla bağlı razılıq əldə olunub.

İsrail Baş naziri Benyamin Netanyahu hindistanlı həmkarının səfərinin “inanılmaz nəticələr”lə yadda qaldığını bildirib.

Qeyd edək ki, Hindistanın Baş naziri Narendra Modinin başçılıq etdiyi nümayəndə heyəti İsraildə rəsmi səfərdədir.


Geri dön