Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Səfərbərlik Xidmətinin rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib
Ana Sayfa > Karusel / Cəmiyyət > Səfərbərlik Xidmətinin rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib

Səfərbərlik Xidmətinin rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib


26-02-2026, 12:01. Yazar: Admin

Səfərbərlik Xidmətinin rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və Xidmətin rəhbər heyəti Bakının Xətai rayonunda ucaldılmış Xocalı soyqırımı abidəsini ziyarət edib.

Bu barədə Qarabaginfo.az-a Dövlət Xidmətindən məlumat verilib. Xəbərə görə, Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə güllər düzülüb və faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.


Geri dön