Ana Sayfa > Karusel / Dünya > Orban: Ukraynanın 800 minlik ordu saxlaması Macarıstanın maraqlarına uyğun deyil

Orban: Ukraynanın 800 minlik ordu saxlaması Macarıstanın maraqlarına uyğun deyil


26-02-2026, 10:29. Yazar: Admin

Macarıstanın Baş naziri Viktor Orban

 

Macarıstan Ukraynanın Rusiya ilə sülh əldə olunduqdan sonra 800 minlik ordu saxlaması ideyasına qarşıdır.
Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Viktor Orban bildirib.

“Düşünürəm ki, Ukrayna ordusunun mümkün qədər kiçik olması bizim maraqlarımıza uyğundur”, – deyə Orban "Patriota" adlı "YouTube" kanalına müsahibəsində qeyd edib.

Baş nazirin sözlərinə görə, regionda sabitliyin təmin olunması üçün təhlükəsizlik balansı nəzərə alınmalıdır.


Geri dön