Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Region > Azərbaycan və Ermənistan XİN rəhbərlərinin müavinləri etimad quruculuğu tədbirlərini müzakirə edib
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin müavinləri etimad quruculuğu tədbirlərini müzakirə edib24-02-2026, 17:13. Yazar: Admin |
|
24 fevral tarixində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoğomonyan Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində görüşüblər. Azərbaycan Xarici İşlər Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, görüş daha yüksək siyasi səviyyədə aparılmış təmasların davamı olaraq baş tutub. Nazir müavinləri çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində mümkün etimad quruculuğu tədbirlərini müzakirə ediblər. Geri dön |