Ana Sayfa > Karusel / Siyasət > Fuad Oktay: TRIPP bütün region, o cümlədən Gürcüstan üçün faydalı olacaq
Fuad Oktay: TRIPP bütün region, o cümlədən Gürcüstan üçün faydalı olacaq24-02-2026, 16:31. Yazar: Admin |
|
Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay Azərbaycan, Türkiyə və Gürcüstan Parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli görüşündə deyib. O, ölkəsinin Azərbaycan-Ermənistan normallaşma prosesini tam dəstəklədiyini bildirib. “Bakı və İrəvanın atdığı son addımları etimadqurucu addımlar hesab edirik”,- Oktay qeyd edib. Türkiyəli rəsmi, TRIPP layihəsinin bütün region üçün, o cümlədən Gürcüstan üçün faydalı olacağını vurğulayıb. “Türkiyə Ermənistanla normallaşma prosesini davam etdir. Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan normallaşması regionda sülh və stabilliyin güclənməsinə töhfə verəcək. Gürcüstanın burada koordinasiyası və dialoqa töhfəsi çox dəyərlidir”, - Fuad Oktay bildirib. O, Azərbaycan, Türkiyə və Gürcüstan arasında enerji sahəsində əməkdaşlığın daha da artırıla biləcəyini deyib. Geri dön |