Avstraliyanın Baş naziri Entoni Albanese təhlükəsizlik səbəbi ilə Kanberradakı rəsmi iqamətgahından təxliyə edilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, Avstraliya Federal Polisi Albaneseyə qarşı təhdid alındıqdan sonra Baş naziri təhlükəsiz yerə köçürüb.
Polisin açıqlamasına görə, ətraflı yoxlanış aparılıb və şübhəli heç nə tapılmayıb.