Ana Sayfa > Karusel / Dünya > ABŞ və Avropa fond bazarlarında eniş müşahidə edilib
ABŞ və Avropa fond bazarlarında eniş müşahidə edilib24-02-2026, 10:50. Yazar: Admin |
|
ABŞ və Avropa fond bazarlarında əsas indekslər üzrə eniş müşahidə edilib. Qarabaginfo.az xəbər verir ki, fevralın 23-də ABŞ bazarlarında Dow Jones indeksi 1,66% azalaraq 48 804,06 bəndə, S&P 500 indeksi 1,04% azalaraq 6 837,75 bəndə, Nasdaq indeksi isə 1,13% azalaraq 22 627,27 bəndə enib. İllik müqayisədə isə artım davam edir. Belə ki, Dow Jones son bir ildə 12,29%, S&P 500 14,28%, Nasdaq isə 17,32% yüksəlib. Avropa bazarlarında da əsasən mənfi dinamika qeydə alınıb. Almaniyanın DAX indeksi 1,06% azalaraq 24 991,97 bəndə, Fransanın CAC 40 indeksi 0,22% azalaraq 8 497,17 bəndə, Euro Stoxx 50 indeksi isə 0,28% azalaraq 6 113,92 bəndə düşüb. Böyük Britaniyanın FTSE 100 indeksi 0,02% azalaraq 10 684,74 bənd təşkil edib. Təkcə İspaniyanın IBEX 35 indeksi isə 0,56% artaraq 18 288,70 bəndə yüksəlib. Asiya-Sakit okean bazarlarında isə qarışıq dinamika müşahidə olunub. Yaponiyanın Nikkei 225 indeksi 0,95% artaraq 57 361,83 bəndə, TOPIX indeksi 0,27% artaraq 3 818,79 bəndə yüksəlib. Honq-Konqun Hang Seng indeksi 2,09% azalaraq 26 515,65 bəndə geriləyib. Çinin CSI 300 indeksi 1,23% artaraq 4 717,88 bənd təşkil edib. Avstraliyanın S&P/ASX 200 indeksi isə 0,04% azalaraq 9 022,30 bənd olub. Bazar iştirakçıları ABŞ-da pul-kredit siyasətinin gələcək trayektoriyası ilə bağlı qeyri-müəyyənlik, istiqraz gəlirliliklərinin artması və texnologiya sektorunda mənfəətlərin reallaşdırılması fonunda ehtiyatlı mövqe nümayiş etdirirlər. Eyni zamanda, Asiya bazarlarında seçici artımlar əsasən daxili iqtisadi göstəricilərlə bağlı gözləntilər və ayrı-ayrı sektorlar üzrə alışların artması ilə əlaqələndirilir. Geri dön |