Ana Sayfa > Karusel / Dünya > ABŞ-ın Fransadakı səfiri Çarlz Kuşner hökumət üzvləri ilə təmaslardan kənarlaşdırılıb

ABŞ-ın Fransadakı səfiri Çarlz Kuşner hökumət üzvləri ilə təmaslardan kənarlaşdırılıb


24-02-2026, 08:34. Yazar: Admin

ABŞ-ın Fransadakı səfiri Çarlz Kuşner

 

ABŞ-ın Fransadakı səfiri Çarlz Kuşner Fransa hökumətinin üzvləri ilə birbaşa təmaslardan kənarlaşdırılıb.
Qarabagifo.az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, Kuşner Fransanın Xarici İşlər Nazirliyinə çağırılsa da, görüşə qatılmayıb.

O, sağçı fəal Kventin Derankın ölümü ilə bağlı səsləndirdiyi şərhlərə görə izahat vermək üçün nazirliyə dəvət olunmuşdu.

Qeyd olunur ki, bundan sonra səfir Fransa Nazirlər Kabinetinin üzvləri ilə birbaşa əlaqə imkanından məhrum edilib.


Geri dön