Ana Sayfa > Karusel / Dünya > Əraqçi və Qrossi ABŞ-la danışıqların irəliləməsi üçün dialoqun vacibliyini vurğulayıblar

Əraqçi və Qrossi ABŞ-la danışıqların irəliləməsi üçün dialoqun vacibliyini vurğulayıblar


22-02-2026, 15:18. Yazar: Admin

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi

 

İranın xarici işlər naziri Abbas Əraqçi və Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi telefon danışığı zamanı Tehranın və Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı apardığı danışıqların irəliləməsi üçün dialoqun əhəmiyyətini qeyd ediblər.

Qarabagifo.az xəbər verir ki, İranın IRNA agentliyinin yaydığı bəyanata görə, Araqçi və Qrossi “İran və ABŞ arasında dolayı danışıqlarla bağlı son hadisələri” müzakirə ediblər. Bəyanatda bildirilir ki, tərəflər həmçinin konstruktiv əməkdaşlığın və danışıqlar prosesini irəli aparmaq, davamlı qarşılıqlı anlaşmaya nail olmaq üçün dialoqdan istifadənin vacibliyini vurğulayıblar.


Geri dön