Nazir Rusiyanın Ukraynada sülhə real maraq göstərmədiyini və Moskvanın strateji qələbə əldə etmədiyini deyib.
Valtonen qeyd edib ki, Finlandiya Ukraynaya müdafiə materialları və enerji böhranının aradan qaldırılması üçün yardım göndərir, lakin bunun kifayət etmədiyini vurğulayıb.
“Daha çox iş görülməlidir”, – deyə o bildirib.
Nazir Rusiyaya təzyiqlərin artırılması məsələsini şərh edərkən vəziyyəti mürəkkəb adlandırıb.