Ana Sayfa > Karusel / Hadisə > FHN əməkdaşının faciəvi ölümü haqda rəsmi açıqlama 

FHN əməkdaşının faciəvi ölümü haqda rəsmi açıqlama 


21-02-2026, 12:14. Yazar: Admin

fhn-emekdasinin-facievi-olumu-haqda-resmi-aciqlama

Salyanda iki nəfər yanğınsöndürəni avtomobil vurub.

Qarabaginfo.az-ın məlumatına görə, hadisə Ələt-Astara yolunun Kürsəngi kəndindən keçən ərazisində baş verib.

Yanan yük avtomobilini söndürməyə gələn FHN-in Salyan Yanğından Mühafizə Xidmətinin iki əməkdaşını yoldan keçən minik avtomobili vurub. Hadisə nəticəsində yanğınsöndürənlərdən biri-42 yaşlı Hakim Piriyev hadisə yerində ölüb, digər əməkdaş xəstəxanaya çatdırılıb.


Geri dön