Ana Sayfa > Karusel / Gündəm > MN-in Tibb İdarəsində təlim-metodiki toplanış keçirilib

MN-in Tibb İdarəsində təlim-metodiki toplanış keçirilib


21-02-2026, 12:05. Yazar: Admin

MN-in Tibb İdarəsində təlim-metodiki toplanış keçirilib

2025-2026-cı ilin hazırlıq planına uyğun olaraq, Müdafiə Nazirliyinin Tibb İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş təlim-metodiki toplanış keçirilib.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, tədbirdə idarənin zabit heyəti, Baş Klinik Hospitalın şöbə rəisləri, qoşun (qüvvə) növləri, Əlahiddə Ümumqoşun Ordu, birlik və birləşmələrin tibb xidməti rəisləri iştirak ediblər.

Təlim-metodiki toplanışda mövsümi xəstəliklərin yayılması, profilaktik tədbirlərin görülməsi, innovativ üsullarla müayinə və müalicə metodlarının aparılmasına dair məruzələr dinlənilib, eləcə də digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.


Geri dön