Ana Sayfa > Karusel / Dünya > Şmıhal: Rusiya Ukraynanın energetika obyektlərinə yeni zərbələrə hazırlaşır

Şmıhal: Rusiya Ukraynanın energetika obyektlərinə yeni zərbələrə hazırlaşır


21-02-2026, 11:39. Yazar: Admin

Ukraynanın energetika naziri Denis Şmıhal

 

Rusiya Ukraynanın enerji infrastrukturuna qarşı yeni zərbələrə hazırlaşır.
Qarabaginfo.az xəbər verir ki, bunu Ukraynanın energetika naziri Denis Şmıhal bildirib.

Nazirin sözlərinə görə, Rusiya hücumlarının nəticələrinin aradan qaldırılması istiqamətində işlər sutka ərzində davam edir.

“Düşmənin energetika sahəsinə yeni zərbələrə hazırlaşdığı barədə məlumatımız var. Buna görə də bütün xidmətlər qarşısında duran vəzifə təkcə sürətli bərpa deyil, həm də növbəti çağırışlara maksimal hazır olmaqdır”, – deyə Şmıhal vurğulayıb.

Nazir qeyd edib ki, paytaxt Kiyevdə istilik və elektrik təchizatının bərpası istiqamətində 200-dən çox briqada çalışır.


Geri dön