Ana Sayfa > Karusel / Qarabağ > Partlayış Xankəndidə eşidiləcək 

Partlayış Xankəndidə eşidiləcək 


16-01-2021, 14:00. Yazar: Admin

 

Rusiya sülhməramlıları nəzarətlərində olan ərazilərdən tapdıqları minaları keçmiş Əsgəran (Xocalı) rayonunda poliqon kimi hazırladıqları yerdə partladacaqlar.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya sülhməramlıları məlumat yayıb.

Bildirilib ki, proses bir neçə ay davam edəcək və poliqon kimi istifadə edilən yerdəki partlayışlar Xankəndi də daxil olmaqla, yaxın ətrafda eşidilə bilər.

Rusiya sülhməramlıları partlayışdan qorxub-hürkməməsi üçün ermənilərə xəbərdarlıq edib.

Qeyd edək ki, Xankəndiyə köçürülüb gətirilən və zorla burda məskunlaşmağa vadar edilən ermənilər hər bu cür partlayış, ov zamanı açılan atəşləri “Azərbaycan Ordusunun hücumu” zənn edib, vəlvələyə düşür. (Axar.az )

 


Geri dön