Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Lavrov və Əraqçi İranın nüvə proqramını müzakirə edib
Ana Sayfa > Karusel / Siyasət > Lavrov və Əraqçi İranın nüvə proqramını müzakirə edib

Lavrov və Əraqçi İranın nüvə proqramını müzakirə edib


20-02-2026, 14:38. Yazar: Admin

Rusiya xarici işlər naziri Sergey Lavrov ilə iranlı həmkarı Abbas Əraqçi

 

Rusiya xarici işlər naziri Sergey Lavrov ilə iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub.

Qarabaginfo.az xəbər verir ki, nazirlər Cenevrədə ABŞ-İran təmaslarının nəticələrini nəzərə alaraq Tehranın nüvə proqramı ilə bağlı vəziyyəti müzakirə ediblər.

Qeyd olunub ki, Rusiya tərəfi Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin prinsiplərinə uyğun olaraq, İranın qanuni hüquqlarına hörmət edən ədalətli siyasi və diplomatik həllər tapmağa yönəlmiş danışıqlar prosesinə dəstəyini bir daha təsdiqləyib.

Bundan əlavə, söhbət zamanı qarşılıqlı maraq doğuran konkret ikitərəfli məsələlər də müzakirə edilib.


Geri dön