Ana Sayfa > Karusel / Sosial > Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Yolçu Məmmədovun qalıqları Şəmkirdə dəfn olunub

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Yolçu Məmmədovun qalıqları Şəmkirdə dəfn olunub


20-02-2026, 14:17. Yazar: Admin

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Yolçu Məmmədovun qalıqları Şəmkirdə dəfn olunub

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Yolçu Məmmədovun qalıqları Şəmkirdə dəfn olunub.

Qarabaginfo.az-ın məlumatına görə, Yolçu Sarı oğlu Məmmədovun nəşinin qalıqları bu gün doğulduğu Şəmkir rayonun Seyfəli kəndinə gətirilərək ailəsinə təhvil verilib.

Daha sonra rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbi qulluqçular, rayon sakinləri və şəhidin doğmalarının iştirakı ilə vida mərasimi keçirilib. Cənazə namazı qılındıqdan sonra şəhid Yolçu Məmmədovun qalıqları doğulduğu Seyfəli kəndindəki şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, Yolçu Sarı oğlu Məmmədovun 1966-cı ildə Şəmkir rayonun Seyfəli kəndinə anadan olub. 1992-ci ilin könüllü Qarabağ döyüşlərinə qatılıb. Elə həmin ilin 13 iyun tarixində Ağdərə rayonunun Sırxavənd kəndində gedən döyüşlərdə itkin düşüb./Apa

 


Geri dön