Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Rusiyada çinli turistləri daşıyan avtomobil Baykal gölünə düşüb, 8 nəfər ölüb
Ana Sayfa > Karusel / Hadisə > Rusiyada çinli turistləri daşıyan avtomobil Baykal gölünə düşüb, 8 nəfər ölüb

Rusiyada çinli turistləri daşıyan avtomobil Baykal gölünə düşüb, 8 nəfər ölüb


20-02-2026, 13:41. Yazar: Admin

Rusiyada çinli turistləri daşıyan avtomobil Baykal gölünə düşüb, 8 nəfər ölüb

Rusiyada çinli turistləri daşıyan avtomobil Baykal gölünə düşüb.

Qarabaginfo.az xəbər verir ki, buzun üstündə hərəkət edən UAZ mikroavtobusu buzun altına gedib və göldə batıb.

Hadisə nəticəsində 8 nəfərin öldüyü bildirilib.

UAZ Çindən ekskursiyaya gələn turistləri daşıyırmış. Sürücü göldəki çatı hiss etməyib və nəqliyyat vasitəsi buzun altına gedib.

BAZA-nın məlumatına görə, nəqliyyat vasitəsindəki doqquz nəfərdən yalnız biri turist xilas ola bilib. İlkin məlumata görə, yerli sürücü və yeddi Çin vətəndaşı ölüb.


Geri dön