Ana Sayfa > Karusel / Qarabağ > Xocalı soyqırımında itkin düşən qadının qalıqları dəfn edilib - FOTO

Xocalı soyqırımında itkin düşən qadının qalıqları dəfn edilib - FOTO


20-02-2026, 12:25. Yazar: Admin

Xocalı soyqırımında itkin düşən qadının qalıqları dəfn edilib - FOTO

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Zibeydə Əhmədovanın nəşinin qalıqları bu gün ailəsinə təhvil vertilib.

Qarabaginfo.az-ın Apa-ya istinadən məlumatına görə, şəhidlə vida mərasimi keçirilib.

Şəhidin qalıqları Xocalı Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində rayon sakinləri, rəsmi şəxslər və şəhidin yaxınları iştirak ediblər.

Qeyd edək ki, 1938-ci il təvəllüdlü Əhmədova Zibeydə Bədəl qızı 26 fevral 1992-ci ildə baş vermiş Xocalı soyqırımında itkin düşüb.

 


Geri dön