Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycanın 9 vətəndaşı Almaniyadan geri qəbul edilib
Ana Sayfa > Karusel / Dünya > Azərbaycanın 9 vətəndaşı Almaniyadan geri qəbul edilib

Azərbaycanın 9 vətəndaşı Almaniyadan geri qəbul edilib


20-02-2026, 10:24. Yazar: Admin

Azərbaycanın 9 vətəndaşı Almaniyadan geri qəbul edilib

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 19 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 9 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.

Bu barədə Qarabinfo.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.


Geri dön