Ana Sayfa > Karusel / İqtisadiyyat > ABŞ-ın kommersiya neft ehtiyatları 420 mln. bareldən aşağı enib

ABŞ-ın kommersiya neft ehtiyatları 420 mln. bareldən aşağı enib


20-02-2026, 10:10. Yazar: Admin

ABŞ-ın kommersiya neft ehtiyatları 420 mln. bareldən aşağı enib

ABŞ-da kommersiya neft ehtiyatları 9 014 min barel azalıb və 419 815 min barel təşkil edib.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 700 min barel artacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.


Geri dön