Ana Sayfa > Karusel / Kriminal > Rusiyada axtarışda olan şəxs qumbara ilə özünü partladıb

Rusiyada axtarışda olan şəxs qumbara ilə özünü partladıb


19-02-2026, 16:53. Yazar: Admin

Rusiyada axtarışda olan şəxs qumbara ilə özünü partladıb

Rostov vilayətində axtarışda olan şəxs qumbara ilə özünü partladıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, federal axtarışda olan şəxsin yeri Taqanroq yaxınlığındakı Nikolayevka kəndində müəyyən edilib. O, saxlanılarkən müqavimət göstərib və qumbaranı partladıb. 45 yaşlı kişi hadisə yerində ölüb, iki polis əməkdaşı isə yaralanıb.

O, fərarilik ittihamı ilə axtarışda olub.


Geri dön