Ana Sayfa > Karusel / İqtisadiyyat > Rəsmi Moskva sanksiyaların ləğvi üçün ABŞ-a 12 trilyonluq layihə təklifi xəbərini təkzib edib

Rəsmi Moskva sanksiyaların ləğvi üçün ABŞ-a 12 trilyonluq layihə təklifi xəbərini təkzib edib


19-02-2026, 16:51. Yazar: Admin

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kiril Dmitriyev

 

Rusiyanın sanksiyaların aradan qaldırılması üçün ABŞ-a 12 trilyon dollarlıq layihələr təklif etməsinə dair xəbər feykdir.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib.

O, "The Economist" jurnalının xəbərini saxta adlandırıb.

Dmitriyev qeyd edib ki, sanksiyaların ləğvi nəticə etibarilə ABŞ-ın özünün maraqları ilə diktə ediləcək.

Onun sözlərinə görə, Amerika şirkətləri Rusiya bazarını tərk etməklə artıq 300 milyard dollardan çox itiriblər.


Geri dön