Birinci Qarabağ müharibəsində itkin düşən hərbçi Feyzullayev Fərman Məhəmməd oğlu İsmayıllı rayonunun İstisu kəndində dəfn olunub.
Qarabaginfo.az xəbər verir ki, əvvəlcə İsmayıllı rayonunun İstisu kəndində onunla vida mərasimi keçirilib.
Mərasimdə kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Cənazə namazı qılındıqdan sonra itkin şəhid kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.
Qeyd edək ki, Feyzullayev Fərman Məhəmməd oğlu 1994-cü ildə Kəlbəcər rayonu Murovdağ ərazisində gedən döyüşlər zamanı itkin düşüb.