Ana Sayfa > Karusel / Gündəm > Bir qurumdan çıxarılıb digərində yenidən sədr müavini oldu - Foto

Bir qurumdan çıxarılıb digərində yenidən sədr müavini oldu - Foto


19-02-2026, 14:15. Yazar: Admin

bir-qurumdan-cixarilib-digerinde-yeniden-sedr-muavini-oldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Zaur Kamal oğlu İbrahimov vəzifəsindən azad olunub.

Qarabaginfo.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Əmr imzalayıb.

Z.İbrahimov 2020-ci ilin iyul ayından sözügedən vəzifədə çalışırdı.

Nocomment.az-ın məlumatına görə, Zaur İbrahimov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin müavini təyin edilib.

Qeyd edək ki, bu ayın 6-sı Prezidentin Sərəncamı ilə Vüsal Nəsirli AAYDA-nın İdarə Heyətinin sədri təyin olunub.


Geri dön