Ana Sayfa > Karusel / Kriminal > Prospektdə qalan maşından 27 yaşlı oğlanın meyiti tapıldı

Prospektdə qalan maşından 27 yaşlı oğlanın meyiti tapıldı


19-02-2026, 13:15. Yazar: Admin

prospektde-qalan-masindan-27-yasli-oglanin-meyiti-tapildi

Bakıda avtomobildən gənc oğlanın meyiti tapılıb.

Qarabaginfo.az-ın əldə etdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektinin Sabunçu rayonundan keçən hissəsində baş verib.

Yolun hərəkət hissəsində qalan “Chevrolet” markalı avtomobil polis əməkdaşlarının diqqətini cəlb edib.

Avtomobilə baxış keçirilərkən sürücünün hərəkətsiz vəziyyətdə olduğu müəyyənləşib. Dərhal təcili tibbi yardım briqadası çağırılsa da, həmin şəxsin öldüyü məlum olub.

Aparılan araşdırmalarla sükan arxasında ölən sürücünün paytaxt sakini 1999-cu il təvəllüdlü Maarif Hümbətov olması bəlli olub.

Onun ölüm səbəbi araşdırılır.


Geri dön