Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ötən ay fiziki şəxslərin ölkəyə idxalı 22%-dən çox azalıb
Ana Sayfa > Karusel / İqtisadiyyat > Ötən ay fiziki şəxslərin ölkəyə idxalı 22%-dən çox azalıb

Ötən ay fiziki şəxslərin ölkəyə idxalı 22%-dən çox azalıb


19-02-2026, 12:09. Yazar: Admin

Ötən ay fiziki şəxslərin ölkəyə idxalı 22%-dən çox azalıb

2026-cı ilin yanvar ayında Azərbaycanın ümumi idxalı ötən ilin yanvar ayı ilə müqayisədə 36.6% azalaraq 1 milyard 302.2 milyon ABŞ dollarına bərabər olub.

Dövlət Gömrük Komitəsindən Qarabaginfo.az-a verilən məlumata görə, idxal əməliyyatlarında dövlət sektorunun payı 8.46% ( 110.2 mln. dollar), özəl sektorun payı 81.65% ( 1 mlrd. 63.2 mln. dollar), fiziki şəxslərin payı isə 9.89% (128.8 mln. dollar) təşkil edib.

Ötən ilin yanvar ayı ilə müqayisədə dövlət sektorunun idxalı 7.7 dəfə, fiziki şəxslərin idxalı 22.5% azalıb, özəl sektorunun idxalı isə 3% artıb.

Qeyd edək ki, ötən ay dövlət sektorunun ixracı 710.6 milyon ABŞ dolları, özəl sektorun ixracı 1 milyard 517.4 milyon ABŞ dolları, fiziki şəxslərin ixracı isə 7.8 milyon ABŞ dolları təşkil edib.


Geri dön