Rusiya Federasiyası 2024-cü il Avropa çempionatının seçmə turnirinin püşkatma mərasiminə buraxılmayıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko məlumat paylaşıb.
“Rusların hazırlaşacaqları heç nə yoxdur. Tələb olunduğu kimi, Rusiya Federasiyası oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində olmayacaq. Ən azı 2024-cü ilə qədər onlar rəsmi beynəlxalq futbol yarışlarında iştirak edə bilməyəcəklər! Avro-2024 təcavüzkar ölkəsiz keçiriləcək!" - Pavelko qeyd edib.