Ana Sayfa > İdman > Ramos və Pike arasında qalmaqal

Ramos və Pike arasında qalmaqal


4-10-2017, 09:43. Yazar: Admin

 

Ramos və Pike arasında qalmaqal

 

İspaniya futbol üzrə milli komandasının üzvləri Serxio Ramos və Jerar Pike arasında münaqişə yaranıb.

“Qarabaginfo" Qafqazinfo-ya istinadən xəbər verir ki, kapitan Ramos Pikeni komandada əhval-ruhiyyəni pozmaqda ittiham edib.

Belə ki, Pike Kataloniyanın oktyabrın 1-də keçirdiyi müstəqilliklə bağlı referendumda səs verib. O, İspaniya Futbol Federasiyasının bəzi üzvlərinin təzyiqi səbəbindən milli komandadan getməyə hazır olduğunu bildirib.

Millinin oyunçuları isə Pike gələcəyi ilə bağlı yekun qərar verməsini istəyiblər.

Xatırladaq ki, ispan azarkeşlər yığmanın məşqi zamanı Pikeni fitə basıblar. “Barselona”lı futbolçu 23 dəqiqə buna dözə bilib. Daha sonra o, mühafizəçilərin köməkliyi ilə meydanı tərk edib.

 

 


Geri dön