Ana Sayfa > İdman > Bakıda voleybol üzrə Avropa çempionatı davam edir
Bakıda voleybol üzrə Avropa çempionatı davam edir23-09-2017, 10:47. Yazar: Admin |
Bu gün Bakıda, Göygöldə və Tbilisidə voleybol üzrə Avropa çempionatının qrup mərhələsinin ikinci turu keçiriləcək. Qarabağinfo.az Trend-ə istinadən bildirir ki, A qrupunda Polşa - Macarıstan qarşılaşacaq. B qrupunda Gürcüstan - Xorvatiya, İtaliya - Belarus görüşləri keçiriləcək. C qrupunda Bolqarıstan - Ukrayna, Türkiyə - Rusiya, D qrupunda isə Çexiya - Belçika, Serbiya - Niderland oyunları keçiriləcək. Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu - Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində təşkil edilir. Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın ¼, yarımfinal və final görüşləri Bakıda keçiriləcək. Yarışda 16 komanda - A qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, B qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, C qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, D qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya voleybolçuları mübarizə aparır. Geri dön |