Bakı Metrosunda qatarların hərəkətində gecikmələr baş verib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-dən məlumat verilib.
"Texniki nasazlıq səbəbilə yoldəyişdirici qurğular əllə idarə olunduğundan Yaşıl və Qırmızı xətlərdə qatarların hərəkətində gecikmələr baş verib. Bu səbəbdən hazırda intervaldan əlavə 12 dəqiqə fərq yaranıb",- deyə açıqlamada bildirilib.