Ana Sayfa > Gündəm / İqtisadiyyat > Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Azərbaycan nefti ucuzlaşmaqda davam edir15-01-2021, 10:47. Yazar: Admin |
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,61 ABŞ dolları və yaxud 1,08 % azalıb.
Qarabaginfo.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 55,96 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Geri dön |