Ana Sayfa > Gündəm > DİN uşaqların kiberzorakılıqdan qorunması ilə bağlı müraciət edib
DİN uşaqların kiberzorakılıqdan qorunması ilə bağlı müraciət edib5-10-2022, 11:13. Yazar: Admin |
Daxili İşlər Nazirliyi uşaqlara qarşı kiberzorakılıqla bağlı valideynlərə müraciət edib. Nazirliyinin sosial şəbəkələrdə yaydığı müraciətdə bunlar vurğulanıb: - Virtual mühitdə diqqət edilməsi vacib olan məsələlərlə bağlı övladlarınıza məntiqli izahlar verin; - Müasir texnologiyalardan istifadəni qadağa etmək əvəzinə, düzgün istifadə etməyi aşılayın; - Sosial mediadan istifadə edərkən hesablarını nəzarətdə saxlayın və gizlilik qaydalarını öyrədin; - Virtual mühitdə qarşılaşa biləcəyi təhlükə və riskləri başa düşəcəyi dildə deyin; - Övladınıza sosial şəbəkədə hansısa bir təhdid və təhlükə ilə üzləşdikdə valideyni ilə bölüşə və polisə müraciət edə biləcəyini öyrədin. Geri dön |