Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > THY ilin sonunadək Rusiyanın bəzi şəhərləri, Minsk və Ukraynaya uçuşlar həyata keçirməyəcək
Ana Sayfa > Gündəm / Karusel > THY ilin sonunadək Rusiyanın bəzi şəhərləri, Minsk və Ukraynaya uçuşlar həyata keçirməyəcək

THY ilin sonunadək Rusiyanın bəzi şəhərləri, Minsk və Ukraynaya uçuşlar həyata keçirməyəcək


26-09-2022, 23:29. Yazar: Admin

Türk Hava Yolları Rusiyanın bir sıra şəhərlərinə, Ukraynaya, eləcə də Minskə uçuşların dayandırılmasını 2022-ci il dekabrın 31-dək uzadıb.

Bu barədə hava daşıyıcısının bazar ertəsi yaydığı məlumatda deyilir.

Bu yaz tətbiq edilən məhdudiyyətlər Rusiyanın Yekaterinburq, Krasnodar, Rostov və Soçi şəhərlərinə şamil edilib.

Bundan başqa, aviaşirkət Belarus və Ukraynaya uçuşları da ləğv edib.

Qarşıdan gələn reysin ləğvi halında müştərilərə aviadaşıyıcının çağrı mərkəzi ilə əlaqə saxlamaq tövsiyyə olunub.


Geri dön