Ana Sayfa > Gündəm / Karusel > Hikmət Hacıyev ABŞ Müdafiə nazirinin müavini ilə təhlükəsizlik məsələlərini müzakirə edib

Hikmət Hacıyev ABŞ Müdafiə nazirinin müavini ilə təhlükəsizlik məsələlərini müzakirə edib


26-09-2022, 22:25. Yazar: Admin

Hikmət Hacıyev ABŞ Müdafiə nazirinin müavini ilə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Koln Kahl ilə görüşüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq münasibətləri, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə olunub.


Geri dön