Ana Sayfa > Gündəm / Karusel > Türkiyə Yunanıstana və ABŞ-a etiraz notası verib

Türkiyə Yunanıstana və ABŞ-a etiraz notası verib


26-09-2022, 18:46. Yazar: Admin

Türkiyə Yunanıstana və ABŞ-a etiraz notası verib

Türkiyə Yunanıstanın ABŞ-ın verdiyi hərbi texnikanı Lesbos və Sisam adalarına göndərməsinə görə hər iki ölkəyə etiraz notası verib.

Qarabaginfo.az-ın verdiyi xəbərə görə, bu barədə “Anadolu” xəbər agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Yunanıstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Türkiyə ABŞ-a verdiyi etiraz notasında Şərqi Egey dənizindəki adaların statusuna hörmətlə yanaşmağı və statusun pozulmasına görə silah istifadəsinin qarşısını almaq üçün tədbirlər görməsini tələb edib.


Geri dön