Ana Sayfa > Gündəm / Karusel > Azərbaycan Ermənistandakı “Uşaq Avroviziyası-2023”dən İMTİNA ETDİ
Azərbaycan Ermənistandakı “Uşaq Avroviziyası-2023”dən İMTİNA ETDİ26-09-2022, 17:03. Yazar: Admin |
Azərbaycan Ermənistanda keçiriləcək “Uşaq Avroviziyası-2023”də iştirak etməyəcək.
Bu barədə Qarabaginfo.az-a “İctimai Televiziya və Radio Verilişləri” QSC-dən məlumat verilib.
Qeyd edək ki, Ermənistan İctimai televiziyasının məlumatına görə, dekabrın 11-də İrəvənda baş tutacaq müsabiqədə 16 ölkə iştirak edəcək: Albaniya, İrlandiya, İtaliya, İspaniya, Polşa, Ermənistan, Şimali Makedoniya, Qazaxıstan, Malta, Niderland, Portuqaliya, Serbiya, Ukrayna, Birləşmiş Krallıq, Gürcüstan, Finlandiya.
Qeyd edək ki, ötən il Parisdə baş tutmuş “Uşaq Avroviziyası-2021”də Ermənistan təmsilçisi Malena “Qami, qami” mahnısı ilə qalib olmuşdu. Azərbaycanı təmsilçisi Sona Əzizova 5-ci yerdə qərarlaşmışdı. Geri dön |