Ana Sayfa > Gündəm / Karusel > “Qarabağ”ın oyunu Ermənistan kanalında yayımlanacaq

“Qarabağ”ın oyunu Ermənistan kanalında yayımlanacaq


26-09-2022, 15:45. Yazar: Admin

“Qarabağ”ın oyunu Ermənistan kanalında yayımlanacaq

 

UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda baş tutacaq “Olimpiakos” – “Qarabağ” oyununu Ermənistan kanalı canlı yayımlayacaq. 

Qarabaginfo.az xəbər verir ki, oktyabrın 6-da baş tutacaq matç “Vivaro TV” internet kanalı vasitəsilə azarkeşlərə təqdim ediləcək. 

Oyun ümumilikdə 114 ölkədə canlı yayımlanacaq ki, bunlardan biri də Ermənistandır. 

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Geri dön