Ana Sayfa > Gündəm / Karusel > Ermənilərin Kəlbəcərdə basdırdığı 379 mina zərərsizləşdirilib - FOTO

Ermənilərin Kəlbəcərdə basdırdığı 379 mina zərərsizləşdirilib - FOTO


26-09-2022, 15:18. Yazar: Admin

Ermənilərin Kəlbəcərdə basdırdığı 379 mina zərərsizləşdirilib - FOTO

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin və təminat yollarının minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 24-ü və 25-i tarixlərində Kəlbəcər rayonunun Alagöllər ərazisində və digər istiqamətlərdə 370 ədəd piyada əleyhinə PMN-Э və 9 ədəd tank əleyhinə TM-62 minası aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

Ermənilərin Kəlbəcərdə basdırdığı 379 mina zərərsizləşdirilib - FOTO Ermənilərin Kəlbəcərdə basdırdığı 379 mina zərərsizləşdirilib - FOTO


Geri dön