Ana Sayfa > Gündəm / Karusel > Qubada avtomobillər toqquşdu - Ölən var

Qubada avtomobillər toqquşdu - Ölən var


26-09-2022, 10:32. Yazar: Admin

Sentyabrın 25-də saat 21 radələrində Qusar rayonunun Lanqo qəsəbəsi ərazisində rayon sakinləri N.Kərimovun idarə etdiyi “VAZ-21099” və A.Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

 

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Nəticədə xəstəxanaya yerləşdirilən A.Məmmədovun sərnişini, Quba rayon sakini Nəriman Əlixanov orada ölüb. 


Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Geri dön