Ana Sayfa > Gündəm / Karusel > Qırğızıstan və Tacikistanın münaqişənin dayandırılması ilə bağlı sənəd imzalayıb
Qırğızıstan və Tacikistanın münaqişənin dayandırılması ilə bağlı sənəd imzalayıb25-09-2022, 15:20. Yazar: Admin |
Qırğızıstan və Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbərləri iki ölkə arasındakı dövlət sərhədində vəziyyətin nizamlanması üçün danışıqlar aparıblar. Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev bazar günü jurnalistlərə bildirib. Taşiyevin sözlərinə görə, sərhəddəki vəziyyəti həll etmək üçün Batken vilayətinin Qızıl-Bel keçid məntəqəsində Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Saymumin Yatimovla danışıqlar aparılıb. Danışıqları yekunu olaraq, Tacikistan tərəfi ilə münaqişəyə və onun nəticələrinə son qoyulması ilə bağlı protokol imzalanıb. “Ümid edirəm ki, protokolun bütün bəndləri yerinə yetiriləcək, qırğız və tacik torpaqlarına sülh və əmin-amanlıq gələcək”, - deyə Taşiyev vurğulayıb. Qeyd edək ki, Qırğızıstan-Tacikistan sərhədində silahlı münaqişə sentyabrın 14-də başlayıb və hər iki tərəfdən itki ilə nəticələnib. Tərəflər bir-birini silahlı təcavüzdə ittiham ediblər. Mənbə: İnterfaks Geri dön |