Ana Sayfa > Gündəm / Karusel > Türkiyənin XİN başçısı: “Rusiya və Ukrayna müharibənin həll yolundan uzaqlaşıblar”
Türkiyənin XİN başçısı: “Rusiya və Ukrayna müharibənin həll yolundan uzaqlaşıblar”25-09-2022, 14:16. Yazar: Admin |
Rusiya və Ukrayna müharibənin həll yolundan uzaqlaşıblar. Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, rəsmi Ankara Rusiya-Ukrayna müharibəsini bitirmək üçün səy göstərir. Çavuşoğlu tərəflərin həll yolundan uzaqlaşmalarına baxmayaraq, ümidlərini itirmədiklərinin vurğulayıb. "Prezidentimizin (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan – “Report”) əsas məqsədi cənab Putin (Rusiyanın dövlət başçısı Vladimir Putin – “Report”) və Zelenskini (Ukrayna lideri Volodimir Zelenski - red) bir araya gətirməkdir. Bunun üçün həmin siyasi prosesin həlli üçün etimad yaradan addımlar atmalıyıq. Sonuncu əsir mübadiləsində biz mühüm rol oynadıq", - Çavuşoğlu vurğulayıb. Geri dön |