Ana Sayfa > Gündəm / Karusel > Çin: Ukraynada prioritet məsələ sülh danışıqlarını asanlaşdırmaqdır
Çin: Ukraynada prioritet məsələ sülh danışıqlarını asanlaşdırmaqdır24-09-2022, 21:51. Yazar: Admin |
Çin Ukraynadakı böhranın sülh yolu ilə həllinə kömək edən bütün səyləri dəstəkləyir. Qarabaginfo.az xəbər verir ki, bunu Çin xarici işlər naziri Van Yi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında deyib. O qeyd edib ki, hazırda Ukraynada prioritet məsələ sülh danışıqlarını asanlaşdırmaqdır. "Əsas həll yolu bütün tərəflərin qanuni təhlükəsizlik narahatlıqlarını həll etmək və balanslaşdırılmış, effektiv və davamlı təhlükəsizlik arxitekturası qurmaqdır", - deyə çinli nazir bildirib. "Biz bütün maraqlı tərəfləri böhranın genişlənməməsinə və inkişaf etməkdə olan ölkələrin qanuni hüquqlarını və maraqlarını qorumağa çağırırıq", - o deyib. Geri dön |