Ana Sayfa > Gündəm / Karusel > Polis yasamalda əməliyyat keçirdi - 40 nəfər saxlanıldı

Polis yasamalda əməliyyat keçirdi - 40 nəfər saxlanıldı


24-09-2022, 14:11. Yazar: Admin

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, ərazi şöbə və bölmələri ilə birlikdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 40 nəfər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, qanunsuz dövriyyədən 6 kiloqramdan artıq güclü təsiredici narkotik maddə heroin aşkar olunaraq gotürülüb.

 

Bu şəxslərdən biri- Oruc Həsənovdan 5 kiloqramdan artıq heroin aşkar edilib.

 

Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.


Geri dön