Ana Sayfa > Gündəm / Karusel > Bitki toxumu yeyən körpə zəhərləndi

Bitki toxumu yeyən körpə zəhərləndi


24-09-2022, 14:09. Yazar: Admin

Ağdaş rayonunda körpə bitki toxumunu yeyərək zəhərlənib.

Qarabaginfo.az Report-a istinadən xəbər verir ki, hadisə sentyabrın 22-si saat 19:00 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində qeydə alınıb.

Belə ki, evdə nəzarətsiz qalan 2020-ci il təvəllüdlü C.Əhmədov bitki toxumunu yeyib.

Daha sonra körpə zəhərlənmə diaqnozu ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.


Geri dön