Ana Sayfa > Gündəm / Karusel > Daha 214 nəfər COVID-19-a yoluxdu

Daha 214 nəfər COVID-19-a yoluxdu


23-09-2022, 16:52. Yazar: Admin

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 214 yeni yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 820 513 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 809 210 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 401 aktiv xəstə var. Bu günə qədər 9 902 nəfər vəfat edib.

 

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 728, bu günə qədər isə ümumilikdə 7 231 342 test icra olunub.


Geri dön