Ana Sayfa > Gündəm / Karusel > Daha bir ölkə peyvəndsiz turistlər üçün qapısını açdı
Daha bir ölkə peyvəndsiz turistlər üçün qapısını açdı22-09-2022, 23:44. Yazar: Admin |
Kanada koronavirusa qarşı peyvənd olunmayan turistlərin ölkəyə girişinə qoyulan qadağanı ləğv etməyə hazırlaşır. Bu barədə yerli “Globe and Mail” qəzeti hökumətdəki mənbələrə istinadən xəbər verib. Bildirilir ki, yeni qayda sentyabrın 30-dan qüvvəyə minəcək. Hələlik yeni yumşalmalar Nazirlər Kabineti tərəfindən təsdiq edilməyib. Xatırladaq ki, iyulun 6-dan etibarən Avstraliya hökuməti də COVID-19-a qarşı peyvənd olunmamış xarici turistlərin ölkəyə daxil olmalarına icazə verib. Geri dön |