Ana Sayfa > Gündəm / Karusel > Paşinyan Rəisi ilə sərhəd döyüşlərini müzakirə etdi
Paşinyan Rəisi ilə sərhəd döyüşlərini müzakirə etdi22-09-2022, 21:34. Yazar: Admin |
Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə görüşüb. Qarabaginfo.az xəbər verir ki, görüş BMT Baş Assambleyası çərçivəsində baş tutub. Görüş zamanı Ermənistan-Azərbaycan sərhədində baş verən son insident müzakirə edilib. Rəisi İranın hadisələri diqqətlə izlədiyini qeyd edib. O bildirib ki, regiondakı bütün problemlər yalnız sülh yolu ilə həll edilməlidir. Xatırladaq ki, sentyabrın 12-13-də Ermənistan bütün sərhədboyu təxribat törədib. Bu təxribat nəticəsində baş vermiş döyüşlər nəticəsində Azərbaycan Ordusunun 80 hərbçisi şəhid olub, 281-i yaralanıb. Geri dön |