Ana Sayfa > Gündəm / Karusel > Türkiyə Ukrayna ərazisində birtərəfli “referendum” cəhdlərini pisləyib
Türkiyə Ukrayna ərazisində birtərəfli “referendum” cəhdlərini pisləyib21-09-2022, 23:36. Yazar: Admin |
Biz Ukraynanın Rusiyanın nəzarəti altında olan hissələrində birtərəfli referendum keçirmək cəhdlərindən narahatıq. Qarabaginfo.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir. Qeyd olunur ki, bu cür qeyri-qanuni faktlar beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq. Əksinə, diplomatik prosesin canlandırılması səyləri çətinləşdirəcək və qeyri-sabitliyi dərinləşdirəcək. “Fürsətdən istifadə edərək, 2014-cü ildə Krımın qanunsuz ilhaqından sonra vurğuladığımız Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstəyimizi bir daha bildirir və davam edən müharibənin dinc yolla həllinə hər cür lazımi töhfə verməyə hazır olduğumuzu dilə qətiririk”, - deyə bəyanatda bildirilib. Geri dön |